Xətai rayonunda 2 mənzildən oğurluq etdi - Saxlanıldı 

22:53 - 19 Mart 2026

Xətai rayonunda 2 mənzildən oğurluq etdi - Saxlanıldı 

Xətai rayonunda oğurluq hadisələri qeydə alınıb.


Bu barədə Manset.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, naməlum şəxs əvvəlcədən müşahidə etdiyi iki mənzilə daxil olub və 7500 manat, 500 dollar nağd pul, həmçinin 550 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı B. Məsimov müəyyən edilərək saxlanılıb.

    Araşdırmalar davam etdirilir.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az