logo
logo logo
logo

Lənkəranda 2 maşın toqquşdu - Yaralanan var

09:12 - 28 Avqust 2026

Lənkəranda 2 maşın toqquşdu - Yaralanan var

Lənkəranda ağır yol nəqliyyat hadisəsi baş verib.


Manset.az xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" və "Hyundai" markalı nəqliyyat vasitələri toqquşub. Zərbənin təsirindən "Hyundai" markalı nəqliyyat vasitəsi aşıb. Qəza nəticəsində Lənkəran rayonunun Şağlaküçə kənd sakini 2005-ci il təvəllüdlü Fikrət Mərdan oğlu Nurullayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.  Hazırda onun müalicəsi xəstəxanada davam etdirilir.

Qeyd edək ki, qəza zamanı 10 minlik elektrik xətti qırılıb və ətraf ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranıb.

Faktla bağlı araşdırma aparılır.


Nuranə Alisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az