Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı "Opel" və VAZ-21099 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində rayon sakinləri - "Opel"də olan sərnişin, 1963-cü il təvəllüdlü Afət Məmmədova və VAZ-21099 markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Rəşad Məmmədov xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma başlanılıb.