logo
logo logo
logo

Kürdəmirdə ildırım vuran kişi ÖLDÜ

21:16 - 29 Sentyabr 2026

Kürdəmirdə ildırım vuran kişi ÖLDÜ

Kürdəmirdə 51 yaşlı kişini ildırım vuraraq öldürüb.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Ağsu rayon Qasımbəyli kənd sakini Hacıalıyev Zahir Vahid oğlu qoyun otarmaqdan qayıdarkən onu ildırım vurub. O, elə hadisə yerində keçinib.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub və onun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə zamanı bir neçə xırdabuynuzlu heyvan tələf olub. Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az