“Qarabağ”ın futbolçuları ən yaxşılar arasında

13:38 - 23 Oktyabr 2021

“Qarabağ”ın futbolçuları ən yaxşılar arasında

“Qarabağ”ın futbolçuları növbəti dəfə Konfrans Liqasında fərqlənib.

 

Manset.az xəbər verir ki, kolumbiyalı müdafiəçi Kevin Medina ən çox dəqiq ötürmə verən futbolçular arasında ilk 3-lükdə qərarlaşıb. O, qrup mərhələsinin 3-cü turunda Bakıda “Kayrat” qalib gəldikləri (2:1) matçda 79 dəqiq ötürmə müəllifi olub. Medina bu göstəricidə yalnız “Makkabi”nin (Təl-Əviv) futbolçusu Luis Ernandesdən (99) geri qalır.

Eyni zamanda Medina oyun ərzində rəqibin hücumları zamanı 13 dəfə ötürmələrin qarşısını kəsib. O, bu göstəricidə də ikincidir.

Ağdam klubunun fransalı yarımmüdafiəçisi Abdullah Zubir isə “Kayrat”la matçda 5 dəfə təhlükəli cinah reydi ilə yadda qalıb. Bununla o, ən yaxşı 6 futbolçu arasında yer alıb.
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az