"Sabah" klubu yeni transferi ilə yollarını ayırdı

19:01 - 27 Oktyabr 2021

\"Sabah\" klubu yeni transferi ilə yollarını ayırdı

“Sabah” klubu futbolçusu Petar Şkuletiçlə yollarını ayırıb.

Manşet.az xəbər verir ki, klubdan verilən məlumata görə, serbiyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 31 yaşlı forvardın şəxsi məsələləri ilə bağlı klubdan ayrılmaq istəyinə müsbət cavab verilib.
Ona xidmətlərinə görə təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, Petar Şkuletiçlə sentyabrın 14-də 2 illik müqavilə bağlanılmışdı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az