"Mbappe kapitan olmağa layiq deyil" - Emmanuel Petit

17:58 - 09 İyul 2024

\"Mbappe kapitan olmağa layiq deyil\" - Emmanuel Petit

Fransa millisinin sabiq müdafiəçisi Emmanuel Petit Kilian Mbappenin Almaniyada təşkil edilən Avropa çempionatındakı oyununu tənqid edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Emmanuel:

"Mbappe hazırda kapitan olmağa layiq deyil. Çünki Kilian öz üzərinə lazım olan qədər məsuliyyət götürmür. Təbii, AÇ-2024-ün yarımfinalında da oynayacaq, axı rəqib İspaniya yığmasıdır. Belə olmasaydı, onu ehtiyat oyunçular skamyasında əyləşdirərdim", - deyə bildirib.

Qeyd edək ki, qitə birinciliyinin yarımfinalına vəsiqə qazanan Fransa seçməsi bu gün İspaniya ilə qarşılaşacaq. Oyunun start fiti Bakı vaxtı ilə 23:00-da səsləndiriləcək.

 

Fidan Əliyeva

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az