Boksçumuz 1/8 finalda Uduzdu

21:33 - 01 Noyabr 2021

Boksçumuz 1/8 finalda Uduzdu

Serbiyanın paytaxtı Belqraddakı boks üzrə dünya çempionatı davam edir.

 

Manşet.az xəbər verir ki, Azərbaycan boksçusu Mirşərif Kazımzadə 1/8 final görüşünə çıxıb. 75 kq çəki dərəcəsində mübarizə aparan idmançı özbəkistanlı Səidcəmşid Cəfərovla qarşılaşıb.

 

Rəqibinə 0:5 hesabı ilə uduzan Kazımzadə yarışla vidalaşıb.

 

Qeyd edək ki, bu gün daha 1 boksçu 1/4 finala vəsiqə uğrunda döyüş keçirəcək. Məsud Yusifzadə (51 kq) puerto-rikolu Yankiel Rivera ilə qüvvəsini sınayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az