“Qalatasaray" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında İsveçrənin “Yanq Boyz” komandası ilə qarşılaşacaq.
Manset.az xəbər verir ki, qarşılaşmanı Almaniya Futbol Federasiyasından Daniel Zaydel, Yan Zaydel və Rafael Foltin üçlüyü idarə edəcək.
Berndəki "Wankdorf" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qarşılaşma “TRT 1" kanalından canlı yayımlanacaq.
Qeyd edək ki, cavab oyunu avqustun 27-i "Rams park"da Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.