İspaniyanın "Real Madrid" komandasında çıxış edən ingilis futbolçu Jude Bellinqhem zədələnib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
"Real Madrid" klubundan verilən açıqlamada tibbi müayinədən sonra Bellinqhemin sağ ayağının arxa əzələsində zədə aşkarlandığı bildirilib.
İspaniya mətbuatı Bellinqhemin meydançaya qayıtmasının bir ay çəkəcəyini iddia edib.