“Qalatasaray” ÇL ilə vidalaşdı

09:15 - 28 Avqust 2024

“Qalatasaray” ÇL ilə vidalaşdı

Dünən Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verildi.

 

Manset.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.

Türkiyə “Qalatasaray”ı İsveçrə “Younq Boyz”u ilə bu dəfə İstanbulda qarşılaşıb. Görüşdə “Younq Boyz” 0:1 hesablı qələbəyə sevinib.

Bu komandalar arasında ilk oyunda “Younq Boyz” 3:2 hesabı ilə qalib gəlmişdi. İsveçrə klubu ümumilikdə 4:2 hesablı qələbə ilə liqa mərhələsinə vəsiqə qazanıb. “Qalatasaray” isə yoluna Avropa Liqasının qrup mərhələsində davam etməli olacaq. 

Həmçinin bu gün “Sparta” və “Zalsburq” da əsas mərhələyə vəsiqə qazanıb. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az