"Fənərbağça" xal itirdi

00:30 - 21 Dekabr 2024

\"Fənərbağça\" xal itirdi

Türkiyənin "Fənərbağça" klubu Superliqanın XVII turunda xal itkisi ilə üzləşib.

 

Manset.az xəbər verir ki, səfərdə "Eyüpspor"un qonağı olan İstanbul təmsilçisi 1:1 hesablı heç-heçəyə razılaşıb.

Qarşılaşmada hesab 26-cı dəqiqədə açılıb. Ahmet Kutucu fərqlənib. "Sarı-lacıvərdlilər"i məğlubiyyətdən xilas edən qolu isə Yussef En-Neseri 45+4-cü dəqiqədə rəqib qapısından keçirib.

36 xalı olan "Fənərbağça" 41 xala malik lider "Qalatasaray"ın ardından ikinci sırada qərarlaşıb. İlk "üçlüy"ü isə 29 xalla "Samsunspor" qapayır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az