“Fənərbaxça” yeni mövsümün ilk transferini həyata keçirərək “Əl-Nasir” klubunun hücumçusu Con Duranı heyətinə qatıb. Sarı-göylər, Edin Dzekonun komandadan ayrılmasından sonra mərkəz hücumçu mövqeyini gücləndirmək məqsədilə ulduz futbolçu ilə razılığa gəlib. Bundan sonra “Fənərbaxça” rəhbərliyi yeni transferlər üçün işləri sürətləndirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, klubun texniki direktoru Joze Mourinyonun tələb etdiyi kimi, 10 nömrəli oyunçu transfer ediləcək. Eyni zamanda, yarımmüdafiəyə hücum gücü qatacaq və komandada liderlik edə biləcək 29 yaşlı futbolçu üçün böyük səylər göstərilir.
İddiaya görə, klub PSJ-nin ispaniyalı yarımmüdafiəçisi Marko Asensio ilə danışıqlar aparır. Transfer üçün 14 milyon avro maaşı müzakirə olunur. Mourinyonun Asensio ilə görüşdüyü və ispan futbolçunu “Fənərbaxça”ya gətirməyə çalışdığı da məlumatlar arasında yer alır.
Qeyd edək ki, “Fənərbaxça”nın yeni mövsüm formaları artıq təqdim olunub.