SON DƏQİQƏ: Osimhen "Qalatasaray"a "hə" dedi

12:54 - 06 İyul 2025

SON DƏQİQƏ: Osimhen \"Qalatasaray\"a \"hə\" dedi

Transfer çalışmalarını davam etdirən Türkiyənin "Qalatasaray" klubu Nigeriyalı hücumçu Viktor Osimhenin keçidi üçün ciddi səylər göstərir.


Manset.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumata görə, transferlə bağlı "Qalatasaray" üçün müsbət xəbərlər var.

Belə ki, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu Osimhenə 160 milyon avro təklif etsə də, futbolçu bu təklifi rədd edərək Avropada qalmaq və karyerasını "Qalatasaray"da davam etdirmək istədiyini bildirib.

Lakin Osimhenin klubu “Napoli” futbolçunu buraxmaq üçün müəyyən etdiyi sərbəstqalma məbləğində dəyişiklik etmək niyyətində deyil. Klub prezidenti 75 milyon avronun tam ödənilməsini tələb edir. “Qalatasaray” isə hazırda bu transfer üçün 50-60 milyon avro aralığında təklif irəli sürüb.

Qeyd edək ki, 25 yaşlı forvard ötən mövsüm "Napoli"nin heyətində 41 oyuna çıxaraq 37 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az