“Çelsi” böyük məbləğdə cərimə olundu - SƏBƏB

15:07 - 07 İyul 2025

“Çelsi” böyük məbləğdə cərimə olundu - SƏBƏB

UEFA-nın Maliyyə Fair Play (FFP) qaydalarını pozduğu üçün 31 milyon avro cərimələnən İngiltərə klubu “Çelsi”yə yeni məhdudiyyətlər tətbiq olunub.


Manset.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

UEFA Klublar Assosiasiyasının Maliyyə Nəzarəti Orqanının 2024/25 mövsümü ilə bağlı açıqlamasına görə, “Çelsi” 70 milyon avro dəyərində oyunçu satışı həyata keçirməzsə, yeni transferlərini Çempionlar Liqasının heyətinə daxil edə bilməyəcək.

Bu yay “Çelsi” Jamie Gittens, Joao Pedro, Liam Delap, Estevao, Dario Essugo, Mamadu Sarr və Lendry Paesi kimi futbolçuları transfer edib. İngilis klubu transferlərə 243 milyon avro xərcləyib, lakin UEFA-nın sərt qaydaları qarşısında ciddi cərimələrlə üzləşib.

İngiltərə nəhəngi əlavə cərimələrdən və Çempionlar Liqasında məhdudiyyətlərdən qaçmaq üçün satışları reallaşdırmalıdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az