"Zirə" Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı çərçivəsində yoxlama matçı keçirib.
Manset.az Qol.az-a istinadla xəbər verir ki, Rəşad Sadıqovun komandası Türkiyə 1-ci liqa təmsilçisi "Ankara Keçiörengücü" ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
"Zirə"nin qollarını yeni transferlər Brahim Konate (13) və Abdul Aziz Batibite (84) vurub.
"Zirə" daha əvvəl Bakıda "Qarabağ"a yoxlama matçında 0:4 uduzub.
Qeyd edək ki, iyulun 17-nə qədər qonşu ölkədə olacaq "Zirə" bu müddətdə daha 3 yoxlama matçı keçirməyi planlaşdırır. Görüşlər 12 və 16 iyul (iki oyun) tarixlərində oynanılacaq. Rəqiblərin kimliyi barədə hələlik açıqlama verilməyib.