Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "Qəbələ" növbəti transferini gerçəkləşdirib.
Manset.az bu barədə kluba istinadən xəbər verir.
"Qırmızı-qaralar" nigeriyalı Salihu Nasiru ilə anlaşıb. 18 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Futbolçu son olaraq Nigeriya Premyer Liqasında "Kanemi Uorriorz" komandasının formasını geyinib. Salihu, həmçinin Nigeriya U20 millisində də 4 oyun keçirib.
Qeyd edək ki, "Qəbələ" bunadək Xayme Syerra, Prins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə qatıb.