Türk futbolunda tarixi transfer

11:15 - 13 Avqust 2025

Türk futbolunda tarixi transfer

Türkiyənin Super Liqa təmsilçisi Göztepe, braziliyalı hücumçu Romulo Kardosonu Almaniyanın RB Leipzig klubuna 23 milyon avroya sataraq Anadolu klubları tarixində ən yüksək məbləğli transferə imza atdı.


Manset.az xəbər verir ki, bu, Türk futbolu tarixində indiyə qədər reallaşan üçüncü ən bahalı transferdir. Müqavilənin 20 milyon avrosu zəmanətli, 3 milyon avrosu isə bonuslardan ibarətdir.

Klub bu əməliyyatdan 1 milyard TL-dən (Təxminən 95 milyon AZN) çox gəlir əldə edəcək ki, bu məbləğ bir çox Türk klubunun ümumi borcunu belə üstələyir.

Romulo, Göztepe formasında keçirdiyi 46 oyunda 22 qol və 13 asistlə diqqət çəkmişdi. O, RB Leipzig-lə 2030-cu ilə qədər müqavilə imzalayacaq. Transferin baş tutmasında, Leipzig-in hücumçusu Benjamin Seskonun 85 milyon avroya Manchester United-ə satılması əsas amil kimi göstərilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az