"Araz-Naxçıvan"ın çətin "Omoniya" səfəri

09:45 - 14 Avqust 2025

\"Araz-Naxçıvan\"ın çətin \"Omoniya\" səfəri

Bu gün UEFA Konfrans Liqasında üçüncü təsnifat mərhələsinə yekun vurulacaq.


Manset.az xəbər verir ki, bu mərhələdə təmsilçimiz "Araz-Naxçıvan" da bu gün cavab oyununa çıxır.

Avrokubokların debütantı doğma meydanda böyük hesabla məğlub olduğu Kiprin "Omoniya" klubuna üstəmələməyə çalışacaq.

Görüş saat 21:00-da başlayacaq.

Komandalar arasında Bakıda keçirilən ilk görüşdə "Omoniya" 4:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, cütün qalibi pley-offda PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin məğlubu ilə görüşəcək.

14 avqust

UEFA Konfrans Liqası

III təsnifat mərhələsinin cavab oyunları

21:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Omoniya" (Kipr)

İlk oyun - 0:4


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az