Türkiyə Futbol Federasiyası (TFF), Trendyol Super Liqası və 1-ci Liqa oyunlarında yaka kamerası tətbiqinə başlayıb. İlk dəfə bu sistem 8 avqust tarixində keçirilən Qaziantep FK – Qalatasaray matçında sınaqdan keçirilib. Görüntülər TFF nümayəndəsinin taxdığı yaka kamerası vasitəsilə qeydə alınıb.
Manset.az Türk mediasına istinadən xəbər verir ki, hazırda 7 stadionda texniki qurğular quraşdırılıb və gələcəkdə bu sistem bütün stadionlarda tətbiq olunacaq. Yeni sistemə əsasən, 4-cü hakimlər də yaka kamerası taxacaq və avtomatik çəkilən səsli və görüntülü materiallar 5 il ərzində saxlanılacaq.
Sistemdə istifadə olunan "ODAKAN" yaka kamerası, ASELSAN tərəfindən hazırlanıb və əvvəllər şəhər təhlükəsizliyi məqsədilə istifadə olunub. İndi isə bu texnologiya TFF və ASELSAN əməkdaşlığı ilə futbolda tətbiq olunur.