“Lans”ın yarımmüdafiəçisi Endi Diuf “İnter”ə transfer olunub.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı fransız futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. Jurnalist Fabritsio Romano isə “İnter”in bu keçid üçün 25 milyon avro ödədiyini bildirib.
Diuf 2024/25 mövsümündə Fransa çempionatında 34 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.