NHL 2028-ci ildə keçiriləcək Dünya Kubokunda səkkiz yığmanın iştirakını nəzərdə tutur.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Devid Panyotta liqanın komissar müavini Bill Deyliyə istinadla məlumat yayıb.
Sonuncu dəfə Dünya Kuboku 2016-cı ildə baş tutmuşdu. Turnirdə Rusiya, Kanada, ABŞ, Finlandiya, İsveç və Çexiya yığmaları çıxış etmiş, həmçinin 23 yaşdan kiçik Şimali Amerika gənclərindən ibarət komanda və Avropa yığması formalaşdırılmışdı.
NHL 2028-ci ildə Dünya Kubokunu Beynəlxalq Hokkey Federasiyasının (IIHF) iştirakı olmadan keçirməyi planlaşdırır