"Qarabağ”da yeni oyunçu 

08:00 - 26 Avqust 2025

\"Qarabağ”da yeni oyunçu 

“Qarabağ”ın yeni transferinin adı müəyyənləşib.


Manset.az Sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Kamilo Duran Marquezlə anlaşıb.

Məlumata görə, 23 yaşlı kolumbiyalı vinger sabah Azərbaycana təşrif buyuracaq. O, ölkəsinin U-20 yığmasının formasını geyinib.

Cənubi amerikalı yerli “Medellin”də futbolun sirlərini öyrənib. 2021-ci ildə Braziliyalının məşhur klublarından “Flamenqo”ya icarəyə verilib.

Bir il sonra Portuqaliyaya - “Lusitania”ya getsə də, buradan tez ayrılıb. Ardınca “Estrela”nın U-23 komandasına keçib. 2024-cü ildə Portuqaliyanın II Liqasında “Portimonenze”yə üz tutub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az