Türkiyə Superliqasında mübarizə aparan "Qalatasaray" futbol klubunun bir müddətdir yekunlaşdırmağa çalışdığı transferdə sona çatdığı bildirilib.
Manset.az türk mediasına istinadən xəbər verir ki, "sarı-qırmızılılar" Fransanın "Monako" klubu ilə razılığa gələrək, mərkəz müdafiəçisi Vilfrid Sinqo ilə müqavilə imzalayıb.
Transferin təfərrüatlarına görə, 24 yaşlı Sinqo üçün "Qalatasaray"ın "Monako"ya 30 milyon avro ödəyəcəyi açıqlanıb. Həmçinin, müqavilədə 5 milyon avroluq bonuslar da yer alır. Bazar dəyəri 25 milyon avro olan 1,90 m boyunda olan müdafiəçinin yeni klubunda böyük bir gələcək vəd etdiyi düşünülür.
Vilfrid Sinqo, "Monako" ilə 60 oyunda iştirak edib, bu matçlarda 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Bununla yanaşı, 12 sarı vərəqə və bir qırmızı vərəqə ilə də yadda qalıb. Təcrübəli futbolçu, “Qalatasaray”ın müdafiə xəttində böyük güc qatması gözlənilir.