Türkiyənin “Fənərbağça” klubu mərakeşli hücumçu Yussef En-Nesirinin transferi ilə bağlı Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasından gələn yüksək məbləğli təklifi qəbul etməyib.
Manset.az xəbər verir ki, bu barədə Mərakeş mətbuatı məlumat yayıb.
Məlumata görə, “Əl-Hilal” 27 yaşlı forvard üçün İstanbul təmsilçisinə 37 milyon avro təklif edib. Lakin “Fənərbağça”nın prezidenti Ali Koç transfer pəncərəsinin bağlanmaq üzrə olması səbəbilə təklifi rədd edib.
Qeyd edək ki, Yussef En-Nesiri ötən mövsümün əvvəlində 19,5 milyon avroya “Sevilya”dan “Fənərbağça”ya transfer olunub. Mərakeşli hücumçu sarı-lacivərtli forma ilə keçirdiyi 59 oyunda 33 dəfə fərqlənib, 8 dəfə isə qol ötürməsi ilə yadda qalıb.