"Mançester Siti" Canluici Donnarummanı transfer etdi

16:05 - 02 Sentyabr 2025

\"Mançester Siti\" Canluici Donnarummanı transfer etdi

Edersonun "Fənərbaxça"ya keçidindən sonra "Mançester Siti" qapı xəttini gücləndirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərə nəhəngi İtaliya millisinin qapıçısı Canluici Donnarummanı heyətinə cəlb edib.

Premyer Liqa təmsilçisi 25 yaşlı qolkiperlə 5 illik – 2030-cu ilə qədər müqavilə imzalayıb. Transferin maliyyə detalları da məlum olub. "Siti", Donnarummanın keçidi üçün Paris Sen-Jermen klubuna 30 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Donnarumma "Mançester Siti"nin qapı xəttinə yay fasiləsində transfer etdiyi ikinci qapıçı olub. Klub daha əvvəl "Bernli"dən Ceyms Traffordu da heyətinə qatmışdı.

Transferdən sonra Donnarumma klubun baş məşqçisi Pep Qvardiola ilə bağlı fikirlərini bölüşüb:

"Dünya səviyyəli istedadlarla dolu bir heyətə və futbol tarixinin ən böyük menecerlərindən biri olan Pep Qvardiolanın rəhbərlik etdiyi komandaya qoşuluram. Bu, dünya futbolunun hər bir oyunçusunun qoşulmaq istədiyi klubdur", – deyə o bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az