İstanbulun məşhur futbol klubu "Fənərbaxça"nın yeni baş məşqçisi İsmail Kartal təyin edilib.
Manset.az türk mediasına istinadən xəbər verir ki, bu barədə klub rəhbərliyindən məlumat verilib.
Əvvəllər "Fənərbaxça"da təcrübəli menecer olaraq çalışan İsmail Kartalın adı bir müddətdir klubun yeni baş məşqçi namizədi olaraq gündəmdə idi.
İsmail Kartalın təyinatı, bu gün saat 15:00-da keçiriləcək idarə heyətinin toplantısından sonra rəsmi olaraq açıqlanacaq.