“Azərbaycanla oyunda qalib gəlməliyik” - Qunnlauqsson

20:49 - 04 Sentyabr 2025

“Azərbaycanla oyunda qalib gəlməliyik” - Qunnlauqsson

“Bunun ölüm-dirim məsələsi olduğunu söyləməyəcəyəm”.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İslandiyada baş tutacaq qarşılaşmadan əvvəl baş məşqçi Arnar Qunnlauqsson mətbuat konfransında deyib.

O bildirib ki, İslandiya millisi Azərbaycan yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələ oyununda qalib gəlmək istəyir: “Oyunçularım görüşə köklənib. Böyük arzularımız var. Azərbaycanla matçda qalib gəlməli və özümüzə təzyiq göstərməliyik.

Hər kəs inanılmaz dərəcədə sakitdir. Məşqlər fantastik keçdi. Meydan da möhtəşəmdir. Həyəcan səviyyəsinin yerində olduğunu düşünürəm. Həqiqətən növbəti matç üçün yaxşı hisslərim var”.

Qeyd edək ki, İslandiya – Azərbaycan görüşü sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az