"ProSport" Gimnastika Klubu 3 yaşını qeyd edir

17:08 - 06 Sentyabr 2025

\"ProSport\" Gimnastika Klubu 3 yaşını qeyd edir

Bu gün ProSport Gimnastika Klubu fəaliyyətinin 3 yaşını qeyd edib.


Manset.az xəbər verir ki, klubun yetirmələri bu müddət ərzində dəfələrlə beynəlxalq turnirlərdə qalib və mükafatçı olaraq Azərbaycanın idman uğurlarına töhfə veriblər.

Klubun təsisçiləri – beynəlxalq və milli dərəcəli hakim və məşqçilər Leyla Hüseynli və Samirə Səlimzadə indiyədək bir çox yerli yarışların və beynəlxalq turnirlərin təşkilatçısı olublar.

Ənənəyə uyğun olaraq yubiley günündə əvvəlcə məşq prosesi davam etdirilib. Daha sonra isə yeniyetmə və gənc idmançılar üçün əyləncə proqramı təşkil olunub. Klubun təsisçiləri tədbirdə uşaqlara xoş əyləncə arzulayıblar.

Qeyd edək ki, ProSport Gimnastika Klubunun Bakıda bir neçə filialı fəaliyyət göstərir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az