Ronaldo həmin oğlanla dostlaşdı

22:19 - 07 Sentyabr 2025

Ronaldo həmin oğlanla dostlaşdı

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu 2026-cı il dünya çempionatının seçmə mərhələsində Ermənistanla keçirilən oyundan sonra emosional an yaşayıb.


Manset.az xəbər verir ki, ulduz futbolçu sosial şəbəkələrdə paylaşım edərək, matçın açılış mərasimində onu meydana çıxaran və göz yaşlarını saxlaya bilməyən erməni uşağı ilə dostlaşdığını bildirib.

Uşaq mərasim zamanı ağlayıb, Ronaldu isə ona baş barmağını göstərərək təsəlli verib. Futbolçu paylaşımında “Dünən yeni bir dost qazandım! Hər gün göstərilən sevgi və dəstəyə görə minnətdaram. Ümid edirəm ki, hər kəs öz arzularının ardınca gedə bilər!” sözlərini yazıb.

Qarşılaşma sentyabrın 6-da Yerevanda, Vazgen Sarkisyan adına stadionda baş tutub. Portuqaliya millisi Ermənistan yığmasını 5:0 hesabı ilə məğlub edib. Qollardan ikisini Kriştianu Ronaldu, ikisini Joao Feliks, birini isə Joao Kanselo vurub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az