"Fənərbaxça" Cengiz Ündəri "Beşiktaş"a icarəyə verdi

11:46 - 08 Sentyabr 2025

\"Fənərbaxça\" Cengiz Ündəri \"Beşiktaş\"a icarəyə verdi

Türkiyənin aparıcı klublarından olan "Fənərbaxça", Cengiz Ündərin satın alma opsiyonu ilə mövsümün sonuna qədər "Beşiktaş" klubuna icarəyə verildiyini açıqlayıb.


Manset.az xəbər verir ki, bu barədə klubun rəsmi açıqlamasında deyilib:

"Klubumuz futbolçumuz Cengiz Ünderin mövsümün sonuna qədər satın alma opsiyonu ilə kirayəlik transferi üçün Beşiktaş ilə razılığa gəlib. Futbolçumuza zədəsiz bir mövsüm arzulayırıq."

"Beşiktaş"ın rəsmi internet saytında isə belə bir açıqlama yayımlanıb: "Beşiktaşa xoş gəlmisiniz, Cengiz Ünder. Peşəkar futbolçu Cengiz Ünderin 2025-26 mövsümünün sonuna qədər almaq opsiyonu ilə müvəqqəti transferi üçün Fənərbaxça SK ilə razılıq əldə olunub. Cengiz Ündərə şərəfli formamızda uğurlar arzulayırıq və onu hörmətlə ictimaiyyətə təqdim edirik."


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az