Türkiyə - İspaniya matçında zədələnən Uilyamsdan bəd xəbər

10:04 - 09 Sentyabr 2025

Türkiyə - İspaniya matçında zədələnən Uilyamsdan bəd xəbər

Türkiyə – İspaniya matçında zədə almış "Atletik Bilbao"nun futbolçusu Niko Uilyams 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.


Manset.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Məlumata görə, Konyada keçirilən Türkiyə – İspaniya qarşılaşmasında zədələnən ispan futbolçusu, matçın ikinci hissəsində meydana çıxa bilməyib. Uilyamsın yerinə "Barselona"nın hücumçusu Ferran Torres oyuna daxil olub.

Zədənin ciddiliyinə görə, Uilyamsın 6 həftəlik müalicə və reabilitasiya müddətinə ehtiyacı olduğu bildirilir. Bu, "Atletik Bilbao"nun heyətində vacib bir itkiyə səbəb olacaq, çünki Niko Uilyams mövsümün ən yaxşı oyunçularından biridir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az