İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

00:30 - 20 Mart 2026

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

İngiltərə Futbol Assosiasiyası "Tottenhem"in baş məşqçisi İqor Tudora qarşı rəsmi ittiham irəli sürüb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, buna xorvatiyalı mütəxəssisin "Fulhem"ə 1:2 hesablı məğlubiyyətdən sonra qarşılaşmanın baş hakimi Tomas Bramallı kəskin tənqid etməsi səbəb olub.

Martın 1-də keçirilən oyundan sonra Tudor referini "meydan sahibi tərəfdarı" adlandırıb və onu futboldan anlamamaqda ittiham edib. Baş məşqçinin əsas narazılığı "Fulhem"in oyunçusu Harri Vilsonun vurduğu erkən qol epizodu ilə bağlı olub. Tudorun fikrincə, həmin anda Raul Ximenes "Tottenhem"in müdafiəçisi Radu Draquşini itələyərək yıxsa da, hakim qayda pozuntusunu qeydə almayıb.

Qurum hesab edir ki, bu çıxışları ilə Tudor hakimin qərəzsizliyini şübhə altına alıb və intizam qaydalarını pozub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az