Millimiz növbəti dəfə Moldovanı məğlub etdi

21:50 - 07 Aprel 2026

Millimiz növbəti dəfə Moldovanı məğlub etdi

Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununa çıxıb.


Manset.az xəbər verir ki, yığma Alanya Bələdiyəspor çimərlik stadionunda növbəti dəfə Moldova seçməsi ilə qarşılaşıb.

Görüş komandamızın 7:3 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində Ramil Əliyev və Sabir Allahquliyev hərəyə 2, Kamran Qürbətov, Elçin Qasımov və Sahib Məmmədov isə 1 qol vurublar.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk yoldaşlıq oyununda da Azərbaycan qələbə qazanıb - 8:5.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az