“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” klubu ilə qarşılaşacaq.
Manset.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun səfərdə keçiriləcək ilk oyun öncəsi mətbuat konfransı Bakıda baş tutacaq.
Qarşılaşmadan bir gün əvvəl - avqustun 19-da keçiriləcək konfrans saat 11:00-da başlayacaq. Tədbir “Azersun Arena”da təşkil olunacaq.
Qeyd edək ki, “Tvente” – “Qarabağ” oyunu avqustun 20-də Niderlandın Enşede şəhərindəki “De Qrolş Veste” stadionunda baş tutacaq. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması isə avqustun 27-də Bakıda keçiriləcək.