"İmişli" futbol klubunun bu yay heyətinə qatdığı Dominqos Senqui Hermeneqildo (Pikas) ilə yolları ayrılıb.
Manset.az Sport24.az-a istinadən xəbər verir ki, 25 yaşlı anqolalı futbolçunun tibbi müayinəsi zamanı hepatit aşkarlanıb.
Bu səbəbdən bölgə təmsilçisi onunla bağlanan müqaviləyə xitam verib.
Qeyd edək ki, Pikas "İmişli" ilə 2+1 illik müqavilə imzalamışdı. O, daha əvvəl Anqolanın "Petro Luanda", Portuqaliyanın "Şaveş", "Torreenşe", "Feyrenşe" və "Fafi" klublarında çıxış edib.