logo
logo logo
logo

"Sabah" ÇL-də əsas mərhələyə vəsiqə qazandı - YENİLƏNİB

23:22 - 25 Avqust 2026

\"Sabah\" ÇL-də əsas mərhələyə vəsiqə qazandı - YENİLƏNİB

"Sabah" komandası UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb.


Manset.az xəbər verir ki, ölkə çempionu pley-off mərhələsinin cavab oyununda İsrailin "Hapoel" (Beer-Şeva) kollektivini qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı Azərbaycan təmsilçisinin qələbəsi ilə bitib - 3:2

Qonaqların heyətində 10-cu dəqiqədə İqor Zlatanoviç, 61-ci dəqiqədə Qay Mizrahi fərqlənib. Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci, Umarali Raxmonaliyev 74-cü, Tellur Mütəllimov 90+4-cü dəqiqədə adını taploya yazdırıb.

Rumıniyada baş tutan ilk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub.

Əlavə vaxtda, 101-ci dəqiqədə Patrik Orfe Mbina, 115-ci dəqiqədə Coy-Lens Mikels növbəti dəfə qonaqları məyus ediblər.

Beləliklə, "Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

***

23:19

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda 7-ci qol vurulub.


Manset.az xəbər verir ki, Azərbaycan təmsilçisi hesab arasında fərqi daha da artırıb - 5:2.

Əlavə vaxtda, 115-ci dəqiqədə Coy-Lens Mikels fərqlənib.

***

23:00

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda altıncı qol vurulub.


Manset.az xəbər verir ki, Azərbaycan təmsilçisi hesab arasında fərqi daha da artırıb - 4:2.

Əlavə vaxtda, 101-ci dəqiqədə Patrik Orfe Mbina fərqlənib.


***

22:50

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda əlavə vaxt oynanılır.


Manset.az xəbər verir ki, Azərbaycan təmsilçisi hazırda hesabda öndədir - 3:2.

İlk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub.

***

22:44

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda əsas vaxt başa çatıb.


Manset.az xəbər verir ki, Azərbaycan təmsilçisi 90+4-cü dəqiqədə hesabda önə keçib - 3:2.

Tellur Mütəllimov adını tabloya yazdırıb.

İlk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxt oynanılacaq.

***

22:23

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda dördüncü qol vurulub.


Manset.az xəbər verir ki, Azərbaycan təmsilçisi yenidən hesabı bərabərləşdirib - 2:2.

Umarali Raxmonaliyev 74-cü dəqiqədə fərqlənib.

***

22:10

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda üçüncü qol vurulub.


Manset.az xəbər verir ki, qonaqlar yenidən hesabda önə keçib - 2:1.

61-ci dəqiqədə Qay Mizrahi adını tabloya yazdırıb.

***

21:52

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda ikinci hissə başlayıb.


Manset.az xəbər verir ki, hələlik hesab bərabərdir - 1:1.

Qonaqların heyətində İqor Zlatanoviç 10-cu dəqiqədə hesabı açıb.

Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci dəqiqədə tarazlığı bərpa edib.

***

21:35

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda ilk hissə başa çatıb.


Manset.az xəbər verir ki, komandalar fasiləyə bərabərliklə yollanıblar - 1:1.

Qonaqların heyətində İqor Zlatanoviç 10-cu dəqiqədə hesabı açıb.

Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci dəqiqədə tarazlığı bərpa edib.

***

21:26

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda ikinci qol vurulub.


Manset.az xəbər verir ki, Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib - 1:1.

38-ci dəqiqədə Kristian Nvaçukvu fərqlənib.

***

20:58

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda hesab açılıb.


Manset.az xəbər verir ki, matçda ilk qolu qonaqlar vurub.

10-cu dəqiqədə İqor Zlatanoviç fərqlənib.

***

20:45

Bakıda "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.


Manset.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Matçı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

Xatırladaq ki, komandalar arasında Rumıniyada baş tutan ilk görüşdə İsrail klubu 2:1 hesablı qələbə qazanıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az