"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.
Manset.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin cavab oyununda Niderlandın "Tvente" kollektivini qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.
59-cu dəqiqədə "köhlən atlar"ın heyətində Kadi Borges fərqlənib. Qonaqlarda Marko Pyatsa 80-ci dəqiqədə tarazlığı bərpa edib. 90+2-ci dəqiqədə Maks Bryuns adını tabloya yazdırıb.
Niderlandda Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qalib gəldiyi üçün görüşdə əlavə vaxta ehtiyac duyulub. 94-cü dəqiqədə Vaut Veqhorst Enshede komandasının növbəti qoluna imza atıb. 106-cı dəqiqədə Marko Yankoviç ağdamlıları azlıqda qoyub. 115-ci dəqiqədə Yunes Taha hesabı 4:1 edib.
Beləliklə, ardıcıl 12 mövsümdə avrokubokların əsas mərhələsində mübarizə aparan "Qarabağ"ın uğurlu seriyası da qırılıb.
***
22:45
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda beşinci qol vurulub.
Manset.az xəbər verir ki, qonaqlar hesab arasındakı fərqi daha da artırıb - 4:1.
Əlavə vaxtda, 115-ci dəqiqədə Yunes Taha fərqlənib.
***
22:19
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda dördüncü qol vurulub.
Manset.az xəbər verir ki, qonaqlar hesab arasındakı fərqi artırıb - 3:1.
Əlavə vaxtda, 94-cü dəqiqədə Vaut Veqhorst fərqlənib
***
22:08
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda üçüncü qol vurulub.
Manset.az xəbər verir ki, qonaqlar 90+2-ci dəqiqədə hesabda önə keçib - 2:1.
Maks Bryuns fərqlənib. Əsas vaxt bu hesabla yekunlaşıb.
Niderlanddakı matçda Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qələbə qazandığı üçün görüşdə əlavə vaxta ehtiyac duyulub.***
21:53
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda ikinci qol vurulub.
Manset.az xəbər verir ki, qonaqlar 80-ci dəqiqədə hesabı bərabərləşdiriblər - 1:1.
Marko Pyatsa fərqlənib.
***
21:33
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda hesab açılıb.
Manset.az xəbər verir ki, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.
59-cu dəqiqədə Kadi Borges fərqlənib.
***
21:18
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda ikinci hissə başlayıb.
Manset.az xəbər verir ki, hələlik matçda hesab açılmayıb.
Qeyd edək ki, komandalar arasında Niderlandda baş tutan ilk oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
***
21:03
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda ilk hissə başa çatıb.
Manset.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
Qeyd edək ki, tərəflər arasında Niderlandda baş tutan ilk oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
***
20:16
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Qarabağ" - "Tvente" qarşılaşması başlayıb.
Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 20:15-də start götürüb.