logo
logo logo
logo

Mbappe sabiq klubuna təzminat ödəyəcək

00:30 - 15 Sentyabr 2026

Mbappe sabiq klubuna təzminat ödəyəcək

Kilian Mbappe ilə PSJ arasındakı hüquqi mübahisədə yeni qərar qəbul edilib.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, Paris Apellyasiya Məhkəməsi “Real”ın hücumçusunu sabiq klubuna 60 min avro təzminat ödəməyə məhkum edib. Qərar 2025-ci ilin aprelində Mbappenin vəkillərinin PSJ-nin bank hesablarına qoyduğu müvəqqəti həbs tədbirinin klub üçün yaratdığı maliyyə itkiləri ilə bağlıdır. Hesabların 45 gün dondurulması PSJ-ni təcili kredit xətti açmağa məcbur edib.

Məhkəmə klubun kredit xətti ilə bağlı xərclərini nəzərə alsa da, mənəvi, imic və reputasiya zərərinə görə kompensasiya tələbini rədd edib. 

Xatırladaq ki, Mbappe 2024-cü ilin avqustunda PSJ-dən 60 milyon avro ödənilməmiş bonus və mükafat tələb edib. 2025-ci ilin dekabrında Paris Əmək Məhkəməsi klubun futbolçuya 61 milyon avro ödəməsinə qərar verib və PSJ bu məbləği ödəyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az