Azərbaycanın tanınmış mərc oyunları operatoru maraqlı addım atıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanın tanınmış idman mərc bukmeker şirkəti (Topaz) Ermənistan klublarını öz mərc platformalarına daxil edib. Bu gün baş tutacaq Avropa Liqası oyunları çərçivəsində Ararat (Ermənistan) və Sparta Praqa (Çexiya) oyununun əmsalları şirkətin mərc platformasında əks olunub. Futbol izləyiciləri bu addımı maraqla qarşılayıblar.
Bildirək ki, son aylar ərzində Azərbaycandan Ermənistana həm tranzit olaraq buğda və digər məhsullar, dövlətimiz tərəfindən isə Ermənistana tonlarla dizel və benzin yanacağı göndərilib.
Qeyd edək ki, indiyə qədər Azərbaycanın mərc şirkətləri məlum səbəblərdən erməni klublarının istənilən oyunlarını (yerli və ya beynəlxalq oyunlar) öz mərc platformalarına daxil etmirdilər.