logo
logo logo
logo

Futbol üzrə Azərbaycan Kubokunun püşkü atıldı 

13:58 - 18 Sentyabr 2026

Futbol üzrə Azərbaycan Kubokunun püşkü atıldı 

Bu gün Azərbaycan Kubokunda 2026/27-cı illər mövsümünün püşkatma mərasimi keçirilib.


Manset.az xəbər verir ki, tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov, icraçı-direktoru Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, komandaların nümayəndələri, jurnalistlər iştirak ediblər.

    Püşkün atılmasında xüsusi qonaq olaraq ölkənin ən titullu futbolçularından biri, Azərbaycan millisinin sabiq üzvü, hazırda 21 yaşadək futbolçulardan ibarət milli komandada məşqçi kimi çalışan Qara Qarayev də iştirak edib.

    Tədbirdə I və II təsnifat mərhələlərinin, həmçinin 1/8 finalın püşkü atılıb. Bu mərhələlərin oyunları bir görüşdən ibarət olacaq.

    Qeyd edək ki, Azərbaycan Kubokunda I təsnifat mərhələsinin oyunları 7-8 oktyabr tarixində baş tutacaq.

    Azərbaycan kuboku

    1-ci təsnifat mərhələsi

    1. “Marafon” – “Dinamo”

    2. “Qaradağ Lökbatan” – “Şəki”

    3. “Şirvan” – “Kür-Araz”

    4. “Ağdaş” – “Hypers”

    5. “Şəmkir” – “Ağstafa Gəncləri”

    6. “Difai” – “Zəngəzur”

    2-ci təsnifat mərhələsi

    7. “Şimal” – “Araz-Naxçıvan”

    8. 1-ci cütün qalibi – “Zaqatal”

    9. “İmişli” – 2-ci cütün qalibi

    10. 3-cü cütün qalibi – “Sumqayıt”

    11. “Qəbələ” – “Mingəçevir”

    12. MOİK – “Şahdağ Qusar”

    13. “Xankəndi” – “Gəncəbasar”

    14. 4-cü cütün qalibi – “Şamaxı”

    15. “Şəfa” – 5-ci cütün qalibi

    16. 6-cı cütün qalibi – “Karvan-Yevlax”

    17. “Səbail” – “Zirə”

    18. “Kəpəz” – “Baku Sportinq”

    1/8 final

    19. 7-ci cütün qalibi – 8-ci cütün qalibi

    20. “Sabah” – 9-cu cütün qalibi

    21. 10-cu cütün qalibi – “Qarabağ”

    22. 11-ci cütün qalibi – 12-ci cütün qalibi

    23. 13-cü cütün qalibi – 14-cü cütün qalibi

    24. “Neftçi” – 15-ci cütün qalibi

    25. 16-cı cütün qalibi – 17-ci cütün qalibi

    26. “Turan Tovuz” – 18-ci cütün qalibi


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az