logo
logo logo
logo

"Neftçi" FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəldi

22:42 - 30 Sentyabr 2026

\"Neftçi\" FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəldi

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununu keçirib.


Manset.az Report-a istinadən xəbər verir ki, təsnifat mərhələsində Estoniyanın "Parnu" kollektivi ilə cavab görüşünə çıxan "ağ-qaralar" 61:73 hesabı ilə uduzsalar da, iki qarşılaşmanın ümumi hesabına əsasən əsas mərhələyə yüksəlməyi bacarıb.

Paytaxt təmsilçisi Bakıda keçirilən ilk görüşdə 80:67 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, "Neftçi" FIBA Avropa Kubokunun əsas mərhələsinin H qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya), "Mikonos" (Yunanıstan) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları ilə oynayacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az