“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov ciddi cəzaya məruz qalıb.
Manset.az xəbər verir ki, AFFA İntizam Komitəsi milli komandamızın sabiq futbolçusunu diskvalifikasiya edib.
Buna səbəb Mirabdullanın “Neftçi-2”nin heyətində I divizionun XVI turunda “Qaradağ Lökbatan”la görüşdə hakimi təhqir etməsi olub. Həmin qarşılaşmada qırmızı vərəqə alan 27 yaşlı forvard 4 oyun cəzalandırılıb.
Onun bu hərəkəti “ağ-qarlar”ı 320 manat ziyana salıb.