İngiltərə Premyer Liqasında üçüncü turun növbəti oyunları keçirilib.
Manset.az xəbər verir ki, Lids şəhərinin “Elland Roud” arenasında yerli “Lids Yunayted”lə “Çelsi” üz-üzə gəlib.
İlk iki turdan sonra hesabında bir qələbə və bir heç-heçə olan zadəganlar yeni mövsümdə ilk dəfə məğlubiyyətlə qarşılaşıblar - 3:0. Matçın sonlarına yaxın London klubunun müdafiəçisi Kulibali ikinci sarı vərəqədən sonra meydanı tərk edib.
Paralel olaraq keçirilən “Vest Hem” – “Brayton” görüşündə isə qonaqlar üstün olub və ev sahiblərinin qapısından iki cavabsız top keçiriblər - 0:2.