"Neftçi"dən çətin qələbə

22:08 - 10 Sentyabr 2022

\"Neftçi\"dən çətin qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir qarşılaşması baş tutub.

 

Manset.az xəbər verir ki, Qəbələdə eyniadlı komanda “Neftçi”ni qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.

İlk qolu 31-ci dəqiqədə meydan sahiblərindən Ramon Maçado vurub. 46-cı dəqiqədə Ataa Caber hesabı bərabərləşdirib. 7 dəqiqə sonra yenidən səhnəyə çıxan israilli yarımmüdafiəçi özünün və komandasının 2-ci qoluna imza ataraq, yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 15-ə çatdıran "Neftçi" liderliyə yüksəlib. 9 xalı olan "Qəbələ" isə 5-ci sırada qalıb.

Günün ikinci oyununda "Səbail" "Zirə"ni qəbul edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az