Millimiz Avropa çempionatının final mərhələsində

23:46 - 10 Sentyabr 2022

Millimiz Avropa çempionatının final mərhələsində

Qadın voleybolçulardan ibarət millimiz Avropa çempionatının final mərhələsinə yüksəlib.

 

Manset.az xəbər verir ki, komandamız bu nəticəyə təsnifat mərhələsinin son turunun oyununda nail olub.

D qrupunda mübarizə aparan Eldar Yusubovun yetirmələri Avstriya ilə səfərdə keçirilən qarşılaşma başa çatmamış 2-ci yeri təmin edib. 

Millimiz ardıcıl olmaqla 10-cu dəfə Avropa çempionatında oynayacaq. Bu ənənəni AVRO-2005-də başlayan komandamız iki dəfə turnirin yarımfinalçısı olaraq 4-cü yeri tutub.

Bu dəfə voleybolçularımız 4 ölkədə təşkil olunan AVRO-2023-ə yüksəlib. Yarışın final mərhələsi Belçika, İtaliya, Estoniya və Almaniyada keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az