“Qarabağ”ın dünya reytinqindəki yeni mövqeyi bəlli oldu

12:50 - 11 Sentyabr 2022

“Qarabağ”ın dünya reytinqindəki yeni mövqeyi bəlli oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

 

Manset.az “Report"a istinadən xəbər verir ki, 304 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” yer alıb.

Aktivində 131 xal olan “köhlən atlar” ötən ayla müqayisədə 13 sıra geriləyərək 91-ci pillədə qərarlaşıb.

Ölkə çempionu Türkiyənin “Fənərbağça”, Kolumbiyanın “Atletiko Nasyonal” və Belçikanın “Brügge” klubları ilə eyni xala malikdir.

İlk “3-lük”də 305 xalla “Palmeyras”, 303 xalla “Flamenqo” (hər ikisi Braziliya) və 293 xalla “Liverpul” (İngiltərə) qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az