Formula 1: İtaliya Qran Prisinin qalibi müəyyənləşdi

19:17 - 11 Sentyabr 2022

Formula 1: İtaliya Qran Prisinin qalibi müəyyənləşdi

Montsa avtodromunda "Formula 1" üzrə İtaliya Qran Prisi keçirilib.

Manset.az report-a istinadən xəbər verir ki, qalib adını "Red Bull" pilotu Maks Ferstappen qazanıb. 53 dövrəlik mübarizədə finişə ikinci sırada "Ferrari"dən Şarl Lekler çatıb. "Mercedes"in sürücüsü Corc Rassell isə üçüncü olub.

Ümumilikdə 20 pilotdan 16-sı finiş xəttini keçməyi bacarıb. Daniel Rikkardo ("McLaren"), Lens Stroll ("Aston Martin"), Fernando ALonso ("Alpine") və Sebastyan Fettel ("Aston Martin") erkən mərhələlərdə mübarizəni dayandırmalı olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az