Çimərlik futbolu üzrə millimiz Avropa Oyunlarına vəsiqə QAZANDI

19:32 - 11 Sentyabr 2022

Çimərlik futbolu üzrə millimiz Avropa Oyunlarına vəsiqə QAZANDI

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin superfinalında sonuncu oyununu keçirib.

Manset.az AFFA-nın saytına istinadla xəbər verir ki, İtaliyanın Kalyarı şəhərində keçirilən oyunda Ukrayna komandası ilə qarşılaşan millimiz 2:6 hesabı ilə məğlub olaraq turniri 6-cı pillədə başa vurub.

Millimizin hər iki qolunu İsa Zeynallı vurub.

Qeyd edək ki, sabahkı oyunun nəticədən asılı olmayaraq, millimiz gələn il Polşanın Krakov şəhərində təşkil ediləcək Avropa Oyunlarına vəsiqə qazanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az