Portuqaliyanın "Şaveş" klubunun futbolçusu Juninyo Viyeyra karyerasını Azərbaycanda davam etdirə bilər.
Manşet.az-ın məlumatına görə, "Qarabağ" braziliyalı hücumçunun xidmətində maraqlıdır.
Ağdam klubu 25 yaşlı forvardın keçidi ilə bağlı II liqa təmsilçisinə təklif göndərib. "Şaveş"in oyunçunu 1 milyon avro təzminat məbləği qarşılığında buraxa biləcəyi vurğulanıb.